Baykal gölündə beş balıqçı özlərini sahildən qopmuş buz parçasının üzərində tapıblar.
Bu barədə ATV Telegram kanalı məlumat yayıb.
Telegram kanalının ilkin məlumatına görə, hadisə Vydrino kəndi yaxınlığında qurudan təxminən 400 metr aralıda baş verib. Sahildən üzərində beş nəfərin olduğu buz parçası qopub.
Hadisə yerinə xilasedicilərin gəldiyi bildirilir. Hadisənin baş vermə şəraiti ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.
Bundan əvvəl Krasnoyarskdakı Abakan kanalında sahildən qopan üç uşaqla birlikdə buz kütləsini az qala axın aparmışdı. İki oğlan buz kütləsini sahilə doğru itələyə bilib və özləri sahilə çıxıblar, lakin onlarla birlikdə olan qız suya tullanmaqdan qorxub.
Mənbə: Gazeta.ru