image-n1karobka_ads
image-123
image-17637081375099840168_1200x630backend

Biləsuvarda müasir pivot suvarma sistemi genişləndirilir – FOTO

image-ad_qayo_720x110px

Biləsuvarda əkin sahələrində müasir suvarma şəbəkəsi sürətlə genişlənir. Son iki ildə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirən iri fermer təsərrüfatlarında ən müasir Pivot suvarma sistemlərinin tətbiqi 7 min hektara qədər ərazini əhatə edir.

Doğru.az xəbər verir ki, Biləsuvarın kənd təsərrüfatında uzun illərdir mövcud olan ənənəvi suvarma üsulları artıq yerini texnoloji yeniliklərə verir. Pivot sisteminə keçid yalnız texniki modernləşmə deyil, həm də əkinçilik mədəniyyətini və məhsuldarlığı artıran mühüm aqroinfrastruktur addımı sayılır. Son 10 ildə rayonun əkin sahələri 50 faizdən çox artaraq 64 min hektara çatıb və bunun 58 min hektarı suvarıla bilən torpaqlardır.

İspaniya istehsalı olan 17 ədəd pivot qurğusu 1000 hektara yaxın sahəni bir dəfəyə suvarmaq imkanına malikdir. Mütəxəssis Həmzalı Məmmədquliyevin sözlərinə görə, müasir pivot sistemləri vasitəsilə 1000 hektara yaxın ərazini cəmi 14 saat ərzində suvarmaq mümkündür. Bunun üçün təsərrüfat ərazisində 160 min kubmetrlik süni su gölü yaradılıb ki, bu da dayanıqlı su təminatına böyük töhfə verəcək.

Mütəxəssis qeyd edir ki, sistem yalnız taxıl üçün deyil, qarğıdalı, soya, çuğundur, pambıq və hətta bağ sahələri üçün də effektivdir: “Biləsuvarda suvarma yalnız yerüstü sulardan asılıdır. Yayda su qıtlığı ən çox hiss olunur. Pivot sisteminin geniş tətbiqi isə suvarma prosesini təbiətin kaprizlərindən azad edəcək və məhsuldarlığı artıracaq”.

Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev bildirir ki, ölkədə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı milli strategiya bütün bölgələrdə olduğu kimi Biləsuvarda da uğurla tətbiq edilir. Onun sözlərinə görə, 2021-ci ildə pivotla suvarılan sahə 5 min hektar idisə, 2024–2025-ci illərdə bu rəqəm 6500 hektara çatıb.

Qeyd edək ki, müasir suvarma sistemlərindən istifadə edən təsərrüfatlara verilən subsidiya adi suvarma ilə müqayisədə daha yüksəkdir. Payızlıq taxıl əkinlərində hər hektara 230–290 manat subsidiya ayrılır. Həmçinin, pivot sistemi almaq istəyən fermerlərə ilkin dəyərin 40 faizinə qədər dövlət güzəşti tətbiq olunur.

DOĞRU.AZ

image-17637081372834954887_1200x630 image-17637081374849459837_1200x630 image-17637081376103412703_1200x630 image-1763708137487924617_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki