İtaliyanın Kataniya şəhərində Misirdən gələn 7 miqrant 13 yaşlı qıza hücum edərək onu zorlayıb.
Doğru.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kataniyada ictimai tualetdə uşağa hücum edilib, 13 yaşlı məktəbli qrup şəklində zorlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yeddi Misir vətəndaşı uşağın cinsi toxunulmazlığına qarşı cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Hücum edənlər arasında hələ 18 yaşı tamam olmayanlar da olub. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. Qurbanın vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.
DOĞRU.AZ