Doğru.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Rusiya və Azərbaycan arasındakı gərginliyin diplomatik yollarla həll olunacağına ümid bəsləyir.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib:
“Ümid edirik ki, hər şey diplomatik kanallarla həll ediləcək və jurnalist fəaliyyətinin azadlığı təmin olunacaq”.
Düjarrik həmçinin qeyd edib ki, BMT ölkələr arasındakı gərginlikdən xəbərdardır.
Xatırladaq ki, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik”in Bakı ofisində əməliyyat keçirib və redaksiya rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb.
Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyi Bakıdan rusiyalı jurnalistlərin dərhal azad olunmasını tələb edib.
DOĞRU.AZ