image-n1karobka_ads
image-123
image-ap_19321775928034-pic905-895x505-57327backend

Borrell Gürcüstanı islahatlara və anti-Qərb ritorikasına qarşı mübarizəyə çağırıb

Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Brüsseldə Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə görüşdə deyib ki, Gürcüstan üçün Avropa İttifaqının qapıları açıqdır, lakin respublika islahatlar yolu ilə getməlidir.

“Hamı bilməlidir ki, Avropa İttifaqının qapısı açıqdır, siz o açıq qapıdan keçməlisiz və bu qapıdan keçmək, hamının bildiyi kimi, ləyaqətə əsaslanan bir prosesdir, islahatlar aparılmalıdır” dedi Borrell.

O əlavə edib ki, Assosiasiya Sazişi çərçivəsində Tbilisi artıq islahatların həyata keçirilməsini sürətləndirib, lakin ölkə hələ də siyasi gərginliyi azaltmaq üçün qəti addımlar atmalıdır.

Bundan əlavə, Borrell Gürcüstan hakimiyyətini “anti-Qərb ritorikasına və informasiyanın manipulyasiyasına qarşı mübarizə aparmağa” çağırıb və bu il keçiriləcək parlament seçkiləri kontekstində seçki islahatlarına ehtiyac olduğunu qeyd edib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki