Böyük Britaniya müdafiə nazirinin müavini Timoti Elliott-Murrey-Kininmound 2021-ci ilin dekabrından Ukraynaya hərbi dəstək üçün xərclənən vəsaitin ümumi məbləğini açıqlayıb.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin rəis müavininin bəyanatında bildirilir.
“2021-ci ilin dekabrından Böyük Britaniya Ukraynaya 7,1 milyard funt-sterlinq hərbi yardım edib. Buraya 2,5 milyard funt sterlinq dəyərində ən son hərbi dəstək paketi daxildir”, – Müdafiə Nazirliyinin rəis müavini Britaniya Lordlar Palatasının üzvü Deyl Kempbell-Savurun müvafiq parlament sorğusuna cavab olaraq deyir.
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, hazırda ABŞ-ın Ukraynaya ayırdığı büdcə dəstəyi Kiyev üçün xüsusi əhəmiyyət kəsb edir.
Mənbə: A Haber