Braziliya prezidenti Luiz İnasio Lula da Silva Rusiya prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə həmişə yaxşı münasibətlərdə olduğunu bildirib.
O, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva ilə görüşündə bildirib.
Lula da Silva deyib: “Mənim Putinlə, Medvedevlə həmişə çox yaxşı münasibətlərim olub.
Onun sözlərinə görə, BRİKS-in dəstəyi ilə yaradılmış Yeni İnkişaf Bankının prezidenti postunu tutan Braziliyanın eks-prezidenti Dilma Russeff də Rusiya liderləri ilə yaxşı münasibətlər saxlayıb.
Mənbə: TASS