image-n1karobka_ads
image-123
image-2024-01-15t120913z_971480532_rc2zq4a2vg9a_rtrmadp_3_israel-palestinians-china-redsea-pic_32ratio_900x600-900x600-64683backend

Britaniya Hərbi Dəniz Qüvvələri Yəmən yaxınlığında gəmiyə yeni hücum barədə məlumat verib

Yəmən sahillərində gəmiyə yeni hücum olub.

Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin (UKMTO) dəniz ticarəti nəqliyyatının əlaqələndirilməsi mərkəzi bildirib.

UKMTO-nun məlumatına görə, hadisə Ədən limanından 45 dəniz mili cənubda baş verib. Hazırda hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. Hadisə gəmi kapitanı tərəfindən bildirildiyi üçün hücum kimi təsnif edilir.

Bölgədəki gəmilərə ehtiyat tədbirləri görmələri və mümkün olduqda şübhəli fəaliyyətlər barədə Kral Dəniz Qüvvələrinə məlumat vermələri tövsiyə edilib.

Yanvarın 18-də Britaniya donanması da Yəmən sahillərində gəmiyə hücum etdiyini açıqlayıb. Daha sonra Yəmənin Əl-Şihra şəhərindən 85 dəniz mili uzaqlıqda Britaniya bayrağı altında üzən gəmiyə hücum edildiyi bildirilib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki