Böyük Britaniya Seaborgium, Star Blizzard və Cold River kimi tanınan haker qrupu Callisto ilə əlaqəsi olduğu iddia edilən iki rusiyalıya sanksiya tətbiq edib.
Bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.
Sanksiya siyahısına Aleksey Doqujiev kimi tanınan Andrey Korinets və Rusiya Federasiyası FSB-nin əməkdaşı olduğu iddia edilən Ruslan Peretyatkonun adları daxil edilib.
Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi qərarını belə izah edir ki, bu şəxslərin hərəkətləri guya “Britaniya təşkilatlarının və bütövlükdə Britaniya hökumətinin sabit və uğurlu işinə və təhlükəsizliyinə xələl gətirdi və ya zərbə vurmağa yönəldilib”, həmçinin “birbaşa və ya dolayısı ilə qarşı yönəldildikləri şəxslərə iqtisadi zərər vurmuş və ya vurması gözlənilən idi və ya onların kommersiya maraqlarını pozur.”
Mənbə: A Haber