Rusiya Qərb ölkələrinin Arktikada təsirini zəiflədə bilər.
Doğru.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” nəşri yazır.
Jurnalist Rob Krillinin fikrincə, Qərb artıq Arktika regionunun inkişafında Rusiyadan geri qalır və heç vaxt bu ölkəyə çata bilməyəcək. Məqalədə deyilir ki, bu halda Arktika tamamilə Rusiya Federasiyası və Çinin təsir dairəsinə düşəcək.
Məqalə müəllifi onu da yazır ki, Rusiya Federasiyası bu sahədə ABŞ-ı on və ya daha çox il qabaqlayır. Strider Intelligence informasiya-analitik şirkətinin təsisçilərindən biri xatırladıb ki, Qərbdə yalnız bir buzqıran gəmi var və o, 1970-ci illərdə tikilib.
DOĞRU.AZ