Bu gün – 12 noyabr Azərbaycan xalqı üçün əlamətdar gündür. Konstitusiya Günü ölkəmizin müstəqil dövlətçilik tarixində mühüm yer tutur.
Doğru.az xəbər verir ki, 1995-ci ilin məhz bu günündə xalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənəd ölkəmizin hüquqi, siyasi və sosial əsaslarını müəyyənləşdirib.
Konstitusiya dövlətin ali qanunu olmaqla yanaşı, vətəndaşların hüquq və azadlıqlarının təminatıdır. Bu gün hər il respublika boyu keçirilən tədbirlərdə dövlətçiliyimizin, azadlığımızın və milli birliyimizin təntənəsi qeyd olunur.
DOĞRU.AZ




























