image-2000x150px
image-123
image-ads_atlas
image-1580209545_muellimlerin-ishe-qebulu-uzre-musabiqeye-start-verilir1backend

Bu müəllimlər üçün imtahan başlayır

image-728x90px

Bu barədə “Doğru.Az“-a Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir.

İmtahan saat 11:00-da başlanacaq, 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmələri xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

İmtahana buraxılış vərəqəsi.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada təşkil olunur.

İmtahanda iştirak etmək üçün 1 992 namizəd qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 180 nəzarətçi‑müəllim, 24 buraxılış rejimi əməkdaşı ayrılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki