Budapeştdəki Teodor Herzl meydanı İsraillə həmrəylik məqsədilə iki həftə müddətinə 7 Oktyabr Meydanı adlandırılıb.
TASS xəbər verir ki, bu meydanda Macarıstanın əsas sinaqoqu yerləşir.
Teodor Herzl 19-cu əsrdə Ümumdünya Sionist Təşkilatının qurucusu oldu.
Budapeştin rəsmisi, tarixi yəhudi məhəlləsi və sinaqoqun yerləşdiyi 7-ci bölgənin rəhbəri Peter Niedermüller, “Həmas terror hücumunun Fələstin xalqının mübarizəsi ilə heç bir əlaqəsi yoxdur” dedi.
Mənbə: TASS