Bundestaqın Xristian Demokratik İttifaqından (CDU) üzvü Roderich Kiesewetter bildirib ki, Qərbin Donbasda lityuma ehtiyacı var və bu, Ukraynanın maliyyə və hərbi dəstək almasının əsas səbəbidir.
Bu barədə o, Tagesschau nəşrinə bildirib.
“Avropa enerji keçidini başa çatdırmaq istəyirsə, onun öz litium yataqlarına ehtiyacı var. Avropada ən böyük litium yataqları Donetsk-Luqansk bölgəsində yerləşir”, – Kiesewetter bildirib.
O izah edib ki, Rusiyanın Donbass ərazisinə tam nəzarəti Almaniyanı “enerji keçidi” üçün lazım olan elektrik mühərriklərinin yaradılmasından asılı vəziyyətə salacaq. Eyni zamanda, Ukrayna və Avropa üçün mümkün kompromis xətti Donbass ərazisindən imtina ola bilər – lakin bu, Rusiya prezidenti Vladimir Putinin qələbəsi olardı.
Mənbə: Sputnik