image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-4backend

Cəlilabadda “Rəqəmsal aqronomlar” şagird düşərgəsi layihəsinin açılış mərasimi keçirilib

image-728x90px

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib layihələrindən olan “Rəqəmsal aqronomlar” şagird düşərgəsi layihəsinin açılış mərasimi keçirilib.

Açılış tədbiri Cəlilabad rayonu Alar kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

Tədbirdə layihə rəhbəri, təhsil müəssisələrinin rəhbərləri, layihənin idarə heyəti, müəllim və şagirdlər iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra layihə haqqında qısa videoçarx nümayiş etdirilib.

Layihə rəhbəri Elçin Abbasov çıxış edərək layihə haqqında məlumat verib. Daha sonra qonaqlara söz verilib. Cəlilabad rayonu akademik Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Quliyeva, Cəlilabad rayonu Alar kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Nazim Əsgərov, Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru Tahir Əsgərov, layihənin təlimçisi Fariz Rzayev, layihənin eksperti Gülər Bayramova və digərləri çıxış edərək layihənin şagirdlərimizə faydalı olacağından, kənd təsərrüfatında tətbiqlərinin üstünlüklərindən danışıblar.//Report

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki