Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi Visumuzi Madonsela İsrail hökumətini fələstinlilərə qarşı aparteid siyasəti yürütməkdə ittiham edib.
Visumuzi Madonsela deyib: “Biz xüsusilə İsrail rejiminin ayrı-seçkilik qanunları, tətbiq etdiyi və üstün mövqe yaratmağa yönəlmiş və bununla da Fələstin əhalisini aparteidə məruz qoymasından narahatıq”.
Bundan əvvəl İsrailin keçmiş baş naziri Naftali Bennett Cənubi Afrikanın Qəzza zolağındakı hərəkətlərə görə Haaqa Beynəlxalq Məhkəməsində yəhudi dövlətinə qarşı iddiasını “riyakarlıq, antisemitizm və biabırçılıq nümayişi” adlandırmışdı.
Onun sözlərinə görə, “Haaqa dinləmələri 21-ci əsrin Dreyfus işidir”.
Mənbə: TASS