image-n1karobka_ads
image-123
image-17662211631008445191_1200x630backend

Ceyhun Bayramov Monteneqro naziri ilə görüşüb – FOTO

image-ad_qayo_720x110px

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət diqqət mərkəzində olub.

Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi, biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Bu baxımdan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından səmərəli istifadə xüsusi vurğulanıb.

Görüşdə humanitar əməkdaşlıq, turizm, mədəniyyət və təhsil sahələrində əlaqələrin genişləndirilməsi alqışlanıb. Nazirlər həmçinin BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə edərək, qarşılıqlı etimada əsaslanan əməkdaşlığa sadiqliklərini təsdiqləyiblər.

Regional məsələlərə də toxunan Ceyhun Bayramov həmkarını Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə məlumatlandırıb.

DOĞRU.AZ

image-1766221163746449103_1200x630image-17662211632764845561_1200x630image-176622116349661341_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki