image-n1karobka_ads
image-123
image-17617290341891921110_1200x630backend

Ceyhun Bayramov Oman Sultanının xüsusi nümayəndəsi ilə görüşüb – FOTO

image-ad_qayo_720x110px

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində oktyabrın 29-da Oman Sultanının xüsusi nümayəndəsi Seyid Əsad bin Tariq Al Səid ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Oman arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərin inkişafından məmnunluq ifadə ediblər.

Qeyd olunub ki, yüksəksəviyyəli səfərlər ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir. Həmçinin bildirilib ki, Azərbaycanın Omandakı səfirliyinin fəaliyyətə başlaması əlaqələrin möhkəmlənməsinə yeni imkanlar açacaq.

Nazir Ceyhun Bayramov parlament diplomatiyasının ikitərəfli münasibətlərdə roluna diqqət çəkərək, 2025-ci ildə Azərbaycan və Oman parlamentləri tərəfindən dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirib.

Eyni zamanda, nazir Azərbaycanın 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyinin önəmini vurğulayıb. O, bu tədbirlərin dialoq, həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından yeni əməkdaşlıq imkanları yaradacağını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və regional vəziyyət müzakirə olunub.

DOĞRU.AZ

image-17617290344815758129_1200x630 image-17617290344372339504_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki