image-n1karobka_ads
image-123
image-17664972891559257404_1200x630backend

Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibini təbrik edib

image-ad_qayo_720x110px

Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni seçilmiş Baş katibi Xaled El-Enani ilə telefon danışığı aparıb.

Doğru.az xəbər verir ki, nazir qarşı tərəfi Baş katib vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib və gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hazır olduqlarını bildiriblər.

Danışıq zamanı Azərbaycanın çoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəki rolu, ölkəmizin təşəbbüsləri və UNESCO üzrə planları müzakirə olunub. UNESCO Baş katibinin təşkilata etimadın artırılması və fəaliyyətinin siyasiləşdirilməməsi istiqamətində səylərinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, Nazir Ceyhun Bayramov 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və Baş katibi bu tədbirlərdə iştiraka dəvət edib. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki