image-n1karobka_ads
image-123
image-wczt72hkaybpspnuodtohpnvss96zutpdcds6gcv_1200backend

Ceyhun Bayramov Vyanada Azərbaycan tədqiqatları üzrə konfransda çıxış edib – FOTO 

image-ad_qayo_720x110px

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyana şəhərində keçirilən Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransının yüksək səviyyəli dialoqunda çıxış edib.

Doğru.az xəbər verir ki, 2022-ci ildən etibarən hər il təşkil olunan konfrans bu il Avropanın 12 ölkəsindən aparıcı beyin mərkəzlərinin, universitetlərin və tədqiqatçıların iştirakı ilə baş tutub.

Çıxışı zamanı nazir tədbirin artıq müsbət ənənəyə çevrildiyini, konfransın Azərbaycana, ölkənin xarici siyasətinə və Cənubi Qafqaz regionunda oynadığı rola artan marağı əks etdirdiyini vurğulayıb.

Ceyhun Bayramov Prezident İlham Əliyevin son dövrdə irəli sürdüyü diplomatik təşəbbüslər barədə məlumat verib, həmin təşəbbüslərin regional və beynəlxalq səviyyədə əhəmiyyətini qeyd edib.

Nazir çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Vaşinqtonda keçirilmiş sammitin nəticələri, ölkəmizin COP29, İƏT və AQEM kimi çoxtərəfli platformalarda uğurlu sədrliyi barədə danışaraq bunun Azərbaycanın regional liderlik statusunun göstəricisi olduğunu bildirib.

44 günlük Vətən müharibəsindən sonra məhz Azərbaycanın qalib tərəf kimi sülh təşəbbüsü ilə çıxış etdiyini xatırladan nazir Minsk qrupunun ləğvini ölkə rəhbərliyinin strateji qərarı kimi qiymətləndirib və regionda dayanıqlı sülh üçün vacib addım olduğunu vurğulayıb.

Nazir tədbir iştirakçılarına Azərbaycanla ABŞ, Çin, Rusiya, Avropa İttifaqı və qonşu ölkələr arasında mövcud münasibətlər barədə məlumat verib, enerji və xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycanın Avropanın etibarlı tərəfdaşı olduğunu qeyd edib.

Qeyd edilib ki, Azərbaycanın beynəlxalq əməkdaşlığı müstəqil, bərabərhüquqlu və suveren maraqlara əsaslanır və Avropa ilə əlaqələr də bu çərçivədə inkişaf edir.

Xatırladaq ki, indiyədək Azərbaycan tədqiqatları üzrə Avropa konfranslarında iştirak etmiş 100-ə yaxın tədqiqatçını birləşdirən ekspert şəbəkəsi Avropa akademik məkanında Azərbaycan üzrə araşdırmaları davam etdirir. Konfransın builki mövzuları Cənubi Qafqazda sülh gündəliyi, postmünaqişə dövründə Azərbaycanın geosiyasi rolu, Orta dəhlizin qlobal iqtisadiyyatda əhəmiyyəti və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin perspektivlərini əhatə edib.

DOĞRU.AZ

image-feecltji8sovw4010uc9asch3jheje6foqdttumm_640 image-gvjzjuckfqg7omymclyqtbjid97610mnyc2m3ydh_640 image-hp6zpsqvc7222zx5bwoaz3zvdws9gijcjefe4snt_640 image-r9zlpxogwh2wcsfjcmdafm2tviqxbdsgode8ancx_640 image-chc8cyzhkekgz45cj3khdcse2k1xiflbyhdyypxg_640 image-nadabygokyfsntr8mm3mxusitpkq9nsmwz2hm3am_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki