OpenAI şirkəti ChatGPT chatbotuna hüquqi və tibbi məsləhətlər verməyi qadağan edib. Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.
Doğru.az xəbər verir ki, bəyanatda istifadəçilərə xidmətlərdən qaydalara uyğun istifadə etməyin vacibliyi xatırladılıb:
> “Biz istifadəçilərdən xidmətlərimizdən lazımi şəkildə istifadə etmələrini tələb edirik. Qaydalarımıza və təhlükəsizlik tədbirlərinə əməl olunmaması sistemlərə girişin itirilməsi və ya digər cəzalarla nəticələnə bilər”, – deyə şirkətin açıqlamasında bildirilir.
Məlumata görə, bu məhdudiyyətlər yalnız tibbi və hüquqi deyil, həm də təhsil və kreditləşmə kimi digər mövzular üzrə məsləhətləşmələrə də şamil olunur.
Xatırladaq ki, daha əvvəl ABŞ-da 13 yaşlı məktəbli ChatGPT-dən qətl planı ilə bağlı kömək istədiyi üçün həbs edilmişdi.
Psixoloq Natalia Panfilova isə bildirib ki, ChatGPT psixi pozğunluğu müəyyən etməyə qadir deyil və onun cavabları yalnız informasiya xarakteri daşıyır.
DOĞRU.AZ




























