image-2000x150px
image-123
image-ads_atlas
image-fotojetbackend

Çimnaz Sultanova: “Hürməyə davam edin, sümük atan olar!” – FOTO

image-728x90px

Aktrisa və müğənni Çimnaz Sultanova qalmaqallı paylaşımı ilə diqqət çəkib. 

Sənətçi sosial şəbəkə hesabında onun şəxsi həyatını müzakirə edənlərə ağır ittihamlar səsləndirib:

“Görürəm ki, son zamanlar hamı “ağıllı” olub. Başqalarının həyatını müzakirə etmək, necə deyərlər, başqalarının həyatına “burun soxmaq” toplum üçün borc olub.

Arxamca danışanlara sözüm: hürməyə davam edin, çünki siz hürdükcə mənə ləzzət edir, bəlkə səsinizi eşidib, qabağınıza sümük atan olar! Ümumiyyətlə, çoxlu qüsurları olan insanlar bu qüsurları ilk növbədə başqalarında görürlər. Bu mahnımı sizlərə bəxş edib soruşuram: “Sən kimsən, həyatıma qarışırsan? Sən kimsən, dalımca danışırsan? Sən kimsən, “Instagram”da rəy yazırsan? Sən kimsən ki? Mənə həsəd aparıldıqda sevirəm. Bu o deməkdir ki, mənimlə maraqlanırlar. Ancaq hər şeyin öz həddi var!”

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki