image-n1karobka_ads
image-123
image-03082022d743a8a71b761cc1d430c20c09cab76bbackend

Çin səfiri: ABŞ-ın “Tayvan kartı” oynamağı dayandırmasının vaxtı çatıb

image-ad_qayo_720x110px

Çinin Rusiyadakı səfiri Zhang Hanhui RİA Novosti-yə yazdığı məqalədə bildirib ki, ABŞ-ın “Tayvan kartı” ilə oynamağı dayandırmağın və regionda vəziyyəti sabitsizləşdirməyin vaxtı çatıb.

Onun sözlərinə görə, Pekin xəbərdarlıq edir ki, “Çinin gücü” ilə üzləşən Vaşinqton məğlub olacaq.

“Odla oynamaq özünü yandırmağa səbəb olacaq. ABŞ-ın itirməyə məhkum olan “Tayvan kartı” ilə oynamağı dayandırmağın vaxtıdır”, – diplomat vurğulayıb.

Bundan əvvəl Çin prezidenti Si Cinpin yeni il müraciətində Tayvan boğazının hər iki sahilindəki insanları bir ailə adlandırmışdı .

Bundan əlavə, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian deyib ki, Tayvanın xarici qüvvələrə güvənmək cəhdləri uğursuzluqla başa çatacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki