Böyük Britaniyanın üç Çin istehsalçısına qarşı sanksiyalar tətbiq etməsindən sonra Çin cavab tədbirləri görəcək.
TASS xəbər verir ki, bu barədə Çinin Londondakı səfirliyi məlumat yayıb.
Çin diplomatları bu sanksiyaları beynəlxalq hüquqla əsassız adlandırıblar.
“Çin lazımi tədbirləri görəcək və biz şirkətlərimizin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacağıq”, – deyə bəyanatda bildirilir.
Pekin Ukraynadakı münaqişə ilə bağlı “obyektiv və ədalətli” mövqe tutur, sanksiyalara qarşı çıxır və Britaniyaya Çinin maraqlarına zərər vuran hərəkətlərə “qətiyyətlə müqavimət göstəriləcəyini” bildirir”, – Çin səfirliyi vurğulayıb.
Mənbə: TASS