image-n1karobka_ads
image-123
image-2019_04_23t114334z_1994324844_rc154d84c620_rtrmadp_3_china_military_anniversary-pic905-crop-1598276053480backend

Çin Tayvan ətrafında daimi olaraq döyüş gəmiləri yerləşdirib

image-ad_qayo_720x110px

ÇXR daimi olaraq Tayvan ətrafındakı sularda dörd döyüş gəmisi yerləşdirib.

Bu barədə Yaponiyanın “Yomiuri” qəzeti mənbələrə istinadən yazır.

Onun sözlərinə görə, bu yolla Çin sülh dövründə Tayvana təzyiq göstərməyə, eləcə də bu regionda münaqişə baş verəcəyi təqdirdə ABŞ gəmilərinin adaya yaxınlaşmasının qarşısını almağa ümid edir.

Nəşr onu da bildirir ki, daha bir Çin gəmisi daim Şərqi Çin dənizindəki mübahisəli Senkaku (Diaoyu) adalarının şimal-qərbində yerləşir. Yaponiya bu adaların ətrafındakı ərazini öz ərazi suları hesab edir.

Bundan əvvəl Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirmişdi ki, Çin Xalq Azadlıq Ordusu (AXO) Tayvanın və onun ayrılmasının müstəqillik əldə etməsinə imkan verməyəcək.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki