image-n1karobka_ads
image-123
image-upload-ria_8375502-pic_32ratio_900x600-900x600-97868backend

Çin Xarici İşlər Nazirliyi Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi prinsiplərini açıqlayıb

Rusiya və Çin müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirir, heç bir blokla qarşıdurmaya getməmək və qoşulmamaq prinsiplərini münasibətlərinin əsası kimi irəli sürürlər.

Bu barədə Çinin xarici işlər naziri Van Yi mətbuat konfransında bildirib.

“Rusiya və Çin mehriban qonşuluğa sadiqdir, hərtərəfli strateji əməkdaşlığı dərinləşdirir, bloklara qoşulmamaq, qarşıdurmaya girməmək və üçüncü tərəfləri hədəf almamaq prinsiplərinə arxalanır”, – deyə nazir bildirib.

Həmçinin, onun sözlərinə görə, Rusiya Federasiyası və Çin ən böyük dünya dövlətləri kimi, əməkdaşlıq illəri ərzində bu səviyyəli dövlətlər arasında münasibətlərin yeni modelini yarada biliblər. Gələcəkdə ölkələr beynəlxalq sistemin özəyi kimi BMT-ni dəstəkləmək, həmçinin “əsl çoxqütblülük”ü müdafiə etmək və dünya dövlətlərinin münasibətlərini gücləndirmək niyyətindədirlər.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki