image-2000x150px
image-123
image-ads_atlas
image-bez-imeni-12-pic_32ratio_900x600-900x600-44499backend

Çində turist 71 metrlik Budda heykəlinə dırmaşaraq gözlənilməz hərəkət edib

image-728x90px

Çində turist YUNESKO-nun Ümumdünya İrs Siyahısına hörmətsizlik etdiyi üçün saxlanılıb.

Bu barədə Yahoo News məlumat yayıb.

Yanvarın 31-də turist Sıçuan əyalətindəki məşhur attraksiona gələn çoxsaylı ziyarətçilərin qarşısında sidiyə çıxıb. O, hasarın üstündən keçərək hündürlüyü 71 metr olan müqəddəs heykəlin zirvəsinə qalxıb. Daha sonra şahidlər onun heykəlin başında nəcis etdiyini görüblər.

Mühafizəçilər kişini saxlayıb. Daha sonra cinayətkar polisə təhvil verilib və polis onu psixiatrik müayinədən keçmək üçün yaxınlıqdakı xəstəxanaya aparıb. Əgər xuliqanın öz əməlindən xəbəri olduğu müəyyən olunarsa, o, qanunvericiliyə uyğun cəzalandırılacaq.

Mənbə: gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki