image-n1karobka_ads
image-123
image-17231911935073749048_1200x630backend

Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilib – FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi Aqrar Biznes Festivalı davam edir. Növbəti festival Daşkəsən rayonu Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, festivalda ətraf rayonlardan olan fermerlər də iştirak ediblər.

Festivalda tədbirə qatılmış dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimə dost texnika və texnologiyalar və onlardan istifadə qaydaları barədə məlumat veriblər. Müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalda, həmçinin alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları sərgilənib.

Festival çərçivəsində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub.

Həmçinin festival çərçivəsində fermerlərə aqrar sahənin prioritet istiqamətlərinə uyğun olaraq Aqrar Xidmətlər Agentliyi tərəfindən “Bitki xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə üsulları mövzusunda” təlim keçirilib.

Qeyd edək ki, Aqrar Biznes Festivalı sahibkarlarla fermerləri bir araya gətirən, maarifləndirmə prosesinə mühüm töhfə verən platformadır. Festival çərçivəsində aqrobiznesin inkişafında rolu olan tərəflər bir araya gətirilib, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb. Aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı fermerlərə ətraflı məlumatlar təqdim edilib.

DOĞRU.AZ

image-17231911934560860177_1200x630 image-17231911931681751578_1200x630 image-17231911932052644315_1200x630 image-1723191193591863405_1200x630 image-1723191193220569780_1200x630 image-17231911936255831085_1200x630 image-1723191193392447183_1200x630 image-17231911931058117717_1200x630 image-17231911934793847170_1200x630 image-17231911936530433992_1200x630 image-17231911936316815508_1200x630 image-17231911933415521761_1200x630 image-1723191193561598320_1200x630 image-17231911932836339298_1200x630 image-17231911933601814874_1200x630 image-17231911932875023600_1200x630 image-17231911931654345129_1200x630 image-17231911935481133763_1200x630 image-17231911935592417837_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki