Daxili İşlər Nazirliyi (DİN) və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə Ağdaş, Ağsu, Göyçay və Ucar rayonlarında IX–XI sinif şagirdləri ilə görüşlər təşkil edilib.
Doğru.az xəbər verir ki, tədbirlərdə iştirakçılara DİN-in Polis Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutunda təhsil imkanları, tədris prosesi və daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə ətraflı məlumat verilib.
Görüşlər zamanı məktəblilərə həmçinin təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib və məlumatlandırıcı bukletlər təqdim olunub.
Sonda iştirakçıların maraqlandığı suallar cavablandırılıb.
DOĞRU.AZ





























