image-n1karobka_ads
image-123
image-ilhambackend

Dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi müəyyənləşdi – FƏRMAN

Prezident İlham Əliyev icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20 faiz, 2022-ci ilin sonuna isə 27,5 faiz müəyyən edilib.

Bundan başqa, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20,0 faiz müəyyən edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki