image-n1karobka_ads
image-123
image-17661522845168452899_1200x630backend

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçirilib

image-ad_qayo_720x110px

Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün “Açıq qapı” günü təşkil olunub. Tədbirdə agentliyin rəhbər heyəti iştirak edib.

Doğru.az xəbər verir ki, görüşdə son illərdə həyata keçirilən və növbəti il üçün planlaşdırılan islahatlar və yeniliklər barədə məlumat verilib.

Tədbirdə qeyd olunub ki, dənizçilərə sertifikatların və xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi, həmçinin yenilənməsi üçün imtahan sualları Beynəlxalq Dəniz Təşkilatının model kurslarının tövsiyələri əsasında hazırlanır və müvafiq komissiya tərəfindən yoxlanılaraq imtahan proqramına daxil edilir.

Bundan əlavə, dənizçilik təhsil müəssisələrində ixtisas proqramlarına yenidən baxılacaq, tədris saatları artırılacaq. Növbəti ildə dənizçilərin rahatlığı üçün şəxsi kabinetin yaradılması, onlayn təlimlərin təşkili və sertifikatların elektron formada yerləşdirilməsi kimi yeniliklər tətbiq olunacaq.

Qeyd olunub ki, mərhələli icra olunan islahatlar yaxın gələcəkdə dənizçilərin təhsili, təlimi və sertifikatlaşdırılması sahəsində müsbət nəticələr verəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki