image-2000x150px
image-123
image-ads_atlas
image-ad97a0a1-3ddb-3441-a3ae-417e0525d7bd_850backend

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib

image-728x90px

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

DİM-dən verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 188 nəzarətçi‑müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oktyabrın 9-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki