image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-6backend

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlandı

image-728x90px

Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 22-də saat 03:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Nəriman Emin oğlu Vəlizadə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki