image-n1karobka_ads
image-123
image-bakiibackend

DTX müşahidə kameralarına edilmiş kibermüdaxilələri zərərsizləşdirdi

Azərbaycan ərazisində yerləşən mənzillər və ofislərdə quraşdırılmış videomüşahidə kameralarına icazəsiz müdaxilə ilə bağlı ciddi tədbirlər görülüb.

Doğru.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunur: bəzi şəxslər kameraların idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən qeyri-qanuni şəkildə qoşularaq, vətəndaşların şəxsi və ailə həyatına dair görüntüləri ələ keçirib və bu materialları xarici internet resurslarında yayımlayıblar.

Aparılmış araşdırmalar nəticəsində bəlli olub ki, hətta bəzi istifadəçi hesabları vasitəsilə real vaxtda görüntülərə baxış imkanı yaradılaraq satışa çıxarılıb.

DTX-nin aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində kibermüdaxilə hallarının qarşısı alınıb. Hücumlara məruz qalmış kameraların yerləşdiyi ünvanlar müəyyənləşdirilib, texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanıb və bu boşluğun müdaxiləyə səbəb olduğu təsdiqlənib.

DTX həmçinin bu boşluğun aradan qaldırılması üçün xarici istehsalçı şirkətlə əlaqə saxlayıb və kibermüdaxilə nəticəsində yayılmış videogörüntülərin internetdən silinməsi təmin olunub.

Qurum vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, texniki göstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanı ehtiyatlı olmaq və informasiya təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etmək vacibdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki