Polşa prezidenti Anjey Duda Gürcüstandakı mövcud vəziyyətdən ən yaxşı çıxış yolunun ATƏT-in tövsiyələrinə uyğun olaraq təkrar parlament seçkilərinin keçirilməsinin olacağı fikrini bildirib.
“ATƏT-in tövsiyələrinə uyğun olaraq yeni seçkilər hazırkı böhrandan çıxış yoludur”, – o, X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili təkrar parlament seçkilərinin təşkili üçün xüsusi şura yaratmaq niyyətində olduğunu bəyan edib . O, bu barədə videomüraciətində bildirib.
O, həmçinin respublikanın hakim partiyası olan “Gürcü Arzusu ”nun “rejiminin süqutu” ilə hədələyib.
DOĞRU.AZ