Rusiyanın S-400 Triumf uzun mənzilli hava hücumundan müdafiə sistemi dünyanın ən yaxşısıdır.
TASS xəbər verir ki, bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev Ər-Riyadda keçirilən “World Defense Show 2024”də deyib.
Onun sözlərinə görə, S-400 xarici istehsalçıların analoji həllərindən bir neçə dəfə üstündür. Mixeev Rusiya hava hücumundan müdafiə sisteminin üstünlüklərindən birini onun müxtəlif siniflərə aid aerodinamik və ballistik hədəfləri məhv etmək qabiliyyəti adlandırıb.
Mixeyev əlavə edib ki, Ukraynada xüsusi hərbi əməliyyatın təcrübəsi göstərir ki, müasir Qərb hava hücumundan müdafiə sistemləri demək olar ki, həmişə ballistik hədəfləri əldən verir.