image-n1karobka_ads
image-123
image-snimok-ekrana-2024-01-22-v-13-21-pic_32ratio_1200x800-1200x800-98064backend

Əfqanıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlar Moskvaya uçub

Əfqanıstanda qəzaya uğrayan Rusiyaya məxsus Falcon 10 təyyarəsinin sağ qalan sərnişinləri və ekipaj üzvləri Dubaydan Rusiyaya gəliblər. Bu barədə RİA Novosti məlumat yayıb.

Onların təyyarəsi Vnukovo hava limanına enib.

Falcon 10 yanvarın 21-də Qayadan (Hindistan) Daşkənd üzərindən Jukovskiyə çarter təcili yardım reysini yerinə yetirərkən Bədəxşan vilayətində qəzaya uğrayıb. Təyyarədə altı nəfər olub, onlardan yalnız dördü sağ qalıb və onlara Kabildə tibbi yardım göstərilib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki