image-n1karobka_ads
image-123
image-17660476032883525905_1200x630backend

Əhməd İsmayılov: Dezinformasiyaya qarşı ən təsirli yol media savadlığının artırılmasıdır

image-ad_qayo_720x110px

Dezinformasiyanın və ölkələrimizin informasiya mühitinə yönələn təhdidlərin qarşısını almaq üçün cəmiyyətlərin media savadlılığının artırılması ən təsirli üsuldur.

Doğru.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dekabrın 18-də Ankara şəhərində keçirilən “Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu”nda səsləndirib.

Əhməd İsmayılov bildirib ki, beynəlxalq təcrübədə media savadlığının artırılması mövzusu tədris sisteminə daxil edilir və koordinasiyalı tədbirlərlə dəstəklənir. O, qardaş Türk dövlətləri ilə əməkdaşlığa və fikir mübadiləsinə hazır olduqlarını vurğulayıb: “Öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün bütün Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var. Media subyektlərimiz peşəkar missiyasını yerinə yetirdikdə, səsimizin daha güclü eşidiləcəyinə inanırıq”, – deyə Ə.İsmayılov qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki