Ekvador ABŞ-a təhvil verilməli olan köhnə rus silahlarının daha sonra Ukraynaya göndəriləcəyindən xəbərsiz idi.
Bu barədə ölkə prezidenti Daniel Noboa CNN-ə bildirib.
Noboanın sözlərinə görə, Ekvador münaqişənin bir hissəsi olmaq istəmir, ona görə də Rusiya silahları ABŞ-a göndərilməyəcək. Prezident bildirib ki, ABŞ-ın Ekvadordan aldığı Rusiya silahlarını Kiyevə keçirmək niyyətindən əvvəllər xəbəri olmayıb və bu faktdan təəccüblənib.
Yanvarın 11-də Ekvador prezidenti Daniel Noboa bəyan edib ki, ölkə yanvarın sonuna qədər köhnə Rusiya və Ukrayna avadanlıqlarını ABŞ-dan gələn yeni avadanlıqla dəyişdirəcək.
Buna cavab olaraq Rusiya bəyan edib ki, Rusiya Federasiyasının yazılı icazəsi olmadan sovet və ya Rusiya istehsalı olan avadanlıqların ötürülməsi qanunsuzdur.
Mənbə: Lenta.ru