image-2000x150px
image-123
image-ads_atlas
image-imtahan_telebebackend

ELM VƏ TƏHSİLTKT  sertifikatı üzrə vebinara qeydiyyat başladı

image-728x90px

Sentyabrın 30-da Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq tərəfdaşı “Cambridge University Press & Assessment” ilə birlikdə TKT sertifikatına dair (Open new doors with your TKT certificate) vebinar keçirəcək.

DİM-dən  bildirilib ki, vebinarın keçirilməsində məqsəd Kembric ingilis dili üzrə kvalifikasiyaların müəllimlər üçün nəzərdə tutulmuş TKT (Teaching Language Test) imtahanının ölkədə tanınmasına töhfə verməkdir. “Cambridge University Press & Assessment” ingilis dilini öyrənənlər və müəllimlər üçün dünyanın qabaqcıl kvalifikasiyalarını və imtahanlarını təqdim edir. Hər bir imtahan öyrənənlərin danışıq, yazı, oxu və dinləmə bacarıqlarını CEFR (Common Eeuropean Framework of References for Languages) səviyyələrinə uyğun şəkildə ölçür.

Vebinarın spikeri “Cambridge University Press & Assessment”in Ukrayna və Qafqaz üzrə biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk TKT barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq. Bununla yanaşı, vebinarda imtahanlara hazırlıq prosesi, sertifikatın üstünlükləri, Kembric ingilis dili imtahanlarına qeydiyyat prosesi barədə danışılacaq.

Vebinar “Zoom” platforması vasitəsilə ingilis dilində keçiriləcək. İştirak etmək istəyənlər DİM-in saytında müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Həmçinin vebinara qoşulmaq üçün “Zoom” linki DİM-in saytında yerləşdirilib.

Xatırladaq ki, DİM “Cambridge University Press & Assessment” qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki