image-2000x150px
image-123
image-ads_atlas
image-interpress_53cd6b846a4896e4e7af76e580536cd8_iefcsvz7hb2ujno0xw5l-637x336backend

Emin Ağalarov “Jara”nın adını dəyişdi

image-728x90px

25-29 iyul tarixlərində Bakıda keçirilməsi gözlənilən “Jara” beynəlxalq musiqi festivalının adı “Sea Breeze Summer Fest”ə dəyişdirilib.

Doğru.Az xəbər verir ki, bu haqda təşkilatçılar məlumat yayıb. Adın hansı səbəbdən dəyişdirildiyi hələ ki açıqlanmayıb.

Qeyd edək ki, festivalın davam edəcəyi 5 gün ərzində 150-dən çox artist çıxış edəcək.

Onların arasında Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti və Emin var. Festivalda həmçinin türkiyəli pop-ulduz Kənan Doğulu, Minelli, Morandi, Outlandish, Niletto, Klava Koka, Mari Kraymberi, Mot və digərləri çıxış edəcək.

“Jara”ya alınmış biletlər “Sea Breeze Summer Fest”də də keçərli olacaq.(qafqazinfo)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki