image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-3backend

Emin Əmrullayev: “Azərbaycan və İsrail STEAM sahəsində əməkdaşlıq edirlər”

image-728x90px

“Təhsildə 1990-cı illərdən bu günə qədər sıçrayış müşahidə olunmayıb”.

Bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, İsrail ilə əməkdaşlıq təhsil sistemini inkişaf etdirəcək:

“Onların sayəsində təhsil inkişaf edəcək. Azərbaycan və İsrail STEAM sahəsində əməkdaşlıq edirlər. Bir çox tələbələr bu proqram çərçivəsində təhsil alırlar. Proqram hesabına təhsil daha yaxşı mənimsəniləcək”.

Nazir qeyd edib ki, Azərbaycanın təhsil sisteminə müəyyən investisiyalar qoyulmalıdır:

“Son 30 ildə təhsilə vəsait ayrılsa da, təhsil keyfiyyətinin yaxşı olmadığını görürük. Təhsil sahəsində innovasiyaların tətbiqi hələ təhsilin fundamental əsaslarını unutmaq demək deyil”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki