image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-3backend

Emin Əmrullayev müəllimlərin maaşlarının artırılmasından DANIŞDI – VİDEO

image-728x90px

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” imzalandığı sərəncamla bağlı mətbuat konfransı keçirir.

Nazir bildirib ki, 2014-cu illə müqayisədə müəllimlərin orta əməkhaqları 267 manatdan 790 manata qədər artıb:

“2015-ci ildə bacarıqların diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs saatı 12 saatdan 18 saata, əməkhaqları isə iki dəfə artırılıb. Bu da ümumi müəllimlərin əməkhaqlarının orta hesabla 30 faizə yaxın artması deməkdir”.

E.Əmrullayev əlavə edib ki, sertifikasiyadan keçdikcə müəllimlərin əməkhaqları 790 manatdan 910 manata qalxacaq:

“İki-üç ildən sonra müəllimlərin orta aylıq əməkhaqlarının 1000 manatdan çox olacağını proqnozlaşdıra bilərik. Azərbaycanda müəllimlərin 52 faizi 500-1000 manat aralığında əməkhaqqı alır. 29 423 müəllim 1000-1500 manat, 3103 nəfər 1500-2000 manat, 216 müəllim isə 2000 manatdan çox maaş alır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki