image-n1karobka_ads
image-123
image-2023-11-21t122126z_2036341135_rc2nh4atf714_rtrmadp_3_israel-palestinians-pic_32ratio_900x600-900x600-21625backend

Ərəb ölkələri Qəzza zolağında gizli toplantı keçirib

Səudiyyə Ərəbistanı, İordaniya, Misir milli təhlükəsizlik departamentlərinin yüksək rütbəli rəsmiləri, eləcə də Fələstin Milli Administrasiyasının (PNA) nümayəndələri Ər-Riyadda Qəzza zolağının müharibədən sonrakı idarə olunması planlarını və bu işə cəlb olunmasını müzakirə etmək üçün görüş keçiriblər. 

Bu barədə Axios portalı mənbələrə istinadən xəbər verir.

“Səudiyyə Ərəbistanı, İordaniya, Misir və Fələstin Muxtariyyətinin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri Qəzza müharibəsindən sonrakı gün üçün planları yekunlaşdırmaq və yenilənmiş Fələstin Administrasiyasının anklavın idarə olunmasına cəlb edilməsi yollarını müzakirə etmək üçün 10 gün əvvəl Ər-Riyadda gizli görüşdülər. red.) ”, – nəşr bildirib.

Qeyd olunur ki, bu görüş Səudiyyə Ərəbistanı ilə Fələstin Muxtariyyəti arasında son aylarda artan koordinasiyanın daha bir əlamətidir.

Nəşrin mənbələrinin məlumatına görə, Ər-Riyaddakı toplantıya Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Musaid bin Məhəmməd əl-Ayban sədrlik edib. Digər iştirakçılar arasında Fələstin Baş Kəşfiyyat Xidmətinin direktoru Məcid Fərəc və onun misirli və iordaniyalı həmkarları da var idi.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki