image-2000x150px
image-123
image-ads_atlas
image-224082_154t7r8k8sbackend

“Ərim mənə əl qaldırsa da, xəyanət etsə də boşanmadım” – Vəfa Şərifova

image-728x90px

Müğənni Vəfa Şərifova həyat yoldaşının ona xəyanət etdiyini deyib.

Doğru.az xəbər verir ki, sənətçi ərinin ona qarşı şiddət göstərdiyini etiraf edib:

“Yoldaşım məni sevməsə boşanaram. Əvvəllər deyirdim ki, beş uşağım olsa da, həyat yoldaşım xəyanət etsə, əl qaldırsa, boşanaram. Xəyanət də etdi, əl də qaldırdı, amma boşanmadım. Dözmərəm dediyim hər şeyə dözdüm. Niyə? Çünki istəmirəm ki, uşağım atasız böyüsün. Mən də başqaları kimi o bataqlıqlara düşmək istəmirəm.

Qadınlar hissləri ilə xəyanət edir. Kişilərdə isə fərqlidir. Dost əhatəsinə qoşulurlar, gedib xəyanət edirlər. Məsələn, deyirlər ki, filankəsdən qorxursan? Gəl, sən də bizlə get. Mənim düşdüyüm xəyanət bu idi. Hissləri ilə kiməsə bağlanarsa, sevərsə, ondan boşanaram. Çünki hisslərim, sevgim mənim üçün dəyərlidir.

Hər zaman düşünürdüm ki, qadın böyük səhv edərsə, döyülər. Amma yaş ötdükcə anlayırsan ki, qısqanclıqdan, çox istəməyindən də belə şeylər ola bilər. Döyülmək qadına böyük travma yaşadır. Allah heç bir qadına bu travmanı qismət eləməsin”.

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Cütlüyün bu evlilikdən bir qızı var. Lent.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki