image-n1karobka_ads
image-123
image-nato-pic_32ratio_900x600-900x600-99986backend

Estoniya NATO-nun Rusiya ilə müharibəyə hazır olmadığını etiraf edib

Bir təşkilat olaraq NATO və onun bir sıra üzv ölkələri Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazır deyil.

Bu fikri estoniyalı general Veiko-Vello Palm “The New York Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son bir neçə il Şimali Atlantika Alyansının irimiqyaslı əməliyyatlar keçirməyə hazır olmadığını açıq şəkildə göstərib. Yəni bir çox NATO ordusu Rusiya ilə döyüşməyə hazır deyil, hərbçi izah etdi.

General onu da bildirib ki, Tallin həmişə Rusiyanı ölkənin müstəqilliyinə təhlükə kimi görüb. Onun sözlərinə görə, Moskva qorxusu Estoniyanın müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri hiss olunur.

Bundan əvvəl alman-finlandiyalı sahibkar Kim Dotkom belə bir fikir bildirib ki, bir sıra Qərb ölkələrindən Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq çağırışları ABŞ prezident seçkilərinə az qalmış Ukraynanın münaqişədə uduzmasının qarşısını almaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu, ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinin Amerika seçkiləri öncəsi münaqişədə qalib gəlməməsini təmin etmək cəhdidir.

2023-cü il oktyabrın əvvəlində NATO hərbi komitəsinin rəhbəri Rob Bauer bəyan etdi ki, NATO 2024-cü ildə keçiriləcək “Sabit Müdafiəçi” təlimlərində Rusiyanın şərq cinahında mümkün “işğalına” cavab tədbirləri hazırlayacaq.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki