Estoniyada on minə yaxın müəllim, mühazirəçi və uşaq bağçası müəllimi yerli təhsil işçiləri həmkarlar ittifaqının çağırışı ilə açıq tətildə iştirak edəcək.
Bu barədə onun rəsmi saytındakı mesajda deyilir.
“Tətil hökumətin kompromis tapmaq və siyasi vədlərinə sadiq qalmaq istəməməsi ilə bağlıdır. Təhsil sektorundakı vəziyyət narahatlığı artırıb və bütün ölkənin yaxın gələcəyinə təsir edir”, – deyə birliyin bəyanatında bildirilir.
Etirazçıların əsas tələbi müəllimlər üçün aylıq minimum 1950 avro məbləğində maaşların müəyyən edilməsidir.
Etirazçılar Estoniyada uşaq bağçası müəllimlərinin maaşından da narahat olduqlarını bildirirlər, lakin bəyanatda konkret tələblər göstərilmir.
Mənbə: Sputnik