Estoniyanın baş naziri Kaja Kallas Avropa Komissiyasını (AK) “çox yanlış məlumatın” olduğu iddia edilən Telegram messencerinə qarşı tənzimləyici tədbirləri gücləndirməyə çağırıb.
Kallas bu barədə “Die Presse” nəşrinə müsahibəsində bildirib.
“Biz Telegram platforması ilə bağlı narahatlığımızı Avropa Komissiyasına bildirdik. Bu platforma vasitəsilə çoxlu dezinformasiya yayılır”, – Estoniyanın baş naziri deyir.
Kallas qeyd edib ki, Avropa İttifaqı “tənzimləməni gücləndirməlidir” və Avropa vətəndaşlarının media savadlılığının artırılmasının vacibliyini vurğulayır.
Mənbə: A haber