Türkiyənin Qars şəhərində “ETERNITY 2025” Azərbaycan-Gürcüstan-Türkiyə komanda-qərargah təlimi keçirilib.
Doğru.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Strateji Boru Kəmərinin Mühafizəsi İdarəsinin əməkdaşları da təlimdə iştirak ediblər. Məlumata görə, onlar həm kompüter simulyasiyası mərhələsində, həm də sahə əməliyyatlarında yer alıblar.
Təlimin məqsədi Bakı–Tbilisi–Ceyhan neft kəmərinin böhran vəziyyətində təhlükəsizliyinin təmin olunması, eləcə də Azərbaycan, Türkiyə və Gürcüstan arasında qarşılıqlı əlaqə və koordinasiyanın təkmilləşdirilməsi olub.
Məlumata görə, təlim uğurla yekunlaşıb və iştirakçı ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan–Gürcüstan–Türkiyə komanda-qərargah təlimləri hər il rotasiya qaydasında üç ölkədən birində təşkil olunur.
DOĞRU.AZ




























