image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-1-1backend

Əziz Əzizov bacısı oğlunu vəzifəsindən azad etdi – FOTO

image-728x90px

Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Ağayev Murad Əsgər oğlu vəzifəsindən azad edilib.

“Report”un məlumatına görə, bununla bağlı RİH başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.

Ə.Əzizovun daha bir əmri ilə köməkçi vəzifəsinə Fətullayev Nazim Hüseynalı oğlu təyin edilib. N.Fətullayev daha əvvəl RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

M.Ağayevin hansısa vəzifəyə təyin olunub-olunmadığı hələ açıqlanmayıb.

Xatırladaq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman M.Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Ə.Əzizov 2018-ci ildə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra M.Ağayev burada Hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilib. Bir neçə gün sonra isə RİH başçısı olan dayısının köməkçisi vəzifəsinə təyinat alıb.

Ə.Əzizov 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan qısa müddət sonra M.Ağayevi özünün köməkçisi vəzifəsinə təyin etmişdi.

DOĞRU.AZ

image-52ff671b-f0f0-3b05-b1fd-bcbb709a0ea1-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki